Dekabr 5, 2021

İnstaqramda növbəti dəfə problemlər yaranıb

Bir sıra ölkələrdə instaqram sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Turaz.org-un xəbərinə görə, bu barədə “Downdetector” xidmətinin saytı məlumat yayıb.

Sosial şəbəkənin işində nasazlıqdan ən çox şikayət ABŞ, Böyük Britaniya, Almaniya və Niderlanddan, Rusiyadan daxil olub. İstifadəçilər proqramda və serverə qoşulduqda problemləri qeydə alıblar. Eyni zamanda şəkilləri yükləyərkən və lenti yeniləyərkən bir sıra problemlər yaranıb.

Qeyd edək ki, bu, instaqramda oktyabrda müşahidə olunan 4-cü nasazlıqdır. Ay ərzində sosial şəbəkədə dəfələrlə problemlər müşahidə olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »