Oktyabr 20, 2021

İnzibati icraçı vəzifələr üzrə test imtahanına 822 nəfər qeydiyyatdan keçib

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 822 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 10-da inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.
İmtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 822 nəfər (BA – 219, BB – 602) qeydiyyatdan keçib. Qeydiyyat sentyabrın 1-i saat 10:00-dək aparılacaq.
İmtahanın başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Mənbə: azertag.az
Müxbir: Zahidə Nəbizadə

Həmçinin bax:https://azertag.az/xeber/Merkezi_Bank_ilin_birinci_yarisinda_20_not_herraci_kechirib-1570347

Translate »