Sentyabr 25, 2022

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 641 nəfər qeydiyyatdan keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 10-da inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 641 nəfər (BA – 179, BB – 462) qeydiyyatdan keçib. Qeydiyyat sentyabrın 1-i saat 10:00-dək aparılacaq.İmtahanın başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək, “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Mənbə:azedu.az
Müxbir: turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax: https://kafkazh.com/somatik-xesteliklerden-eziyyet-ceken-insanlarin-psixologiyasi/. https://turaz.org/ali-tehsil-muessiselerinin-ve-amea-nin-magistraturalarinin-bos-qalan-yerlerine-qebul-elan-edilir/

Translate »