Sentyabr 25, 2022

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi keçirilib

Avqustun 27-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2047008688 ISIN-li, 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat təşkil edib. İstiqrazlar 2040-cı il aprelin 6-da ödəniləcək.

Müxbir:turaz.org xüsusi müxbir Jalə Hüseynova

Mənbə: azertag.az
Həmçinin bax:https://kafkazh.com/rusiyanin-yaratdigi-yeni-inzibati-qurulus/

https://azertag.az/xeber/Azerbaycanin_ve_Polsanin_Antidopinq_agentlikleri_arasinda_emekdasliq_imkanlari_muzakire_olunub-1571045

Translate »