Yanvar 26, 2022

İqtisadi Şura “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı müzakirə edib

 

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Turaz.org xəbər verir ki,bu barədə Nazirlər kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən toplantıda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi) və digər aktual məsələlər müzakirə olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »