Sentyabr 30, 2022

İqtisadiyyat Nazirliyi nəzarət tədbirlərinə davam etdir

İqtisadiyyat Nazirliyi karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, avqustun 15-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “Rübai Market”də, “PAK-46” ərzaq mağazasında, “Dadaş Market”də, “Ağcabədi quzusu” ət dükanında, “Unimart”da, Nərimanov rayonunda “Real İnşaat”, “Boya Dünyası” mağazalarında, “Osmanlı Dönər”də, “Çarşı Dönər”də, Kərəm Kərimova, Əfqan Kazımova məxsus pərakəndə ticarət obyektlərində, Aytən Məmmədovaya məxsus gözəllik salonunda, Sabunçu rayonunda “Ucuzluq Geyim Mağazası”nda, “Bolmart”da, “Rahat Zabrat Supermarket”də, Yasamal rayonunda “Hərbi Geyim Mağazası”nda, Vüqar Nəcəfova, Zakir Həsənova məxsus atelyelərdə, Nizami rayonunda “Xəzər İnşaat” mağazasında, “Doyum Dönər”də, “Luxury Mağaza”da, “Emil Market”də, “Kafe Ləzzət”də,” Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek və Optika”da, Nəsimi rayonunda “Sizin Market”də, “Kamaloğlu Market”də, “Ucuz Market”də, “NLT Telecom” mağazasında, “Liona Gül Mağazası”nda, “Glampire Saat Mağazası”nda, “Aptek Dokta”da, Xətai rayonunda “Ucuz Geyim Mağazası”nda, Rüstəm Rüstəmova, Aqil İsmayılova Naibə Mirzəyevaya, Asif Eminova, Sevda Abbasovaya məxsus ticarət obyektlərində, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda Şəfa Bəylərovaya məxsus ərzaq mağazasında, Qaradağ rayonunda “Azgranata” mağazasında, Cəmilə Rəsulovaya, Kamal Səlimova, Vüsal Mürvətova məxsus ticarət obyektində, Səbail rayonunda “Huqo Geyim Mağazası”nda, “Bless Geyim Mağazası”nda, “Dodo Lux Geyim” mağazasında, “Oskar Market”də, Roza Babayevaya məxsus gözəllik salonunda, ümumilikdə, monitorinq aparılmış 1075 obyektin 106-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.

Müxbir: turaz.org xüsusi müxbir Şəbnəm Heydərli
Mənbə:azertag.az
Həmçinin bax:https://kafkazh.com/nesimi-ve-muasir-azerbaycan-gencliyi-muasir-azerbaycan-gencliyi-nesimini-nece-gorur/https://kafkazh.com/molla-nesreddin-ziyasi/

Translate »