Oktyabr 4, 2022

İran-Azərbaycan əlaqələrinin daha güclü və dərin olması üçün səylər göstərilir.

Məhəmməd Bağır Nobəxt: İran-Azərbaycan əlaqələrinin daha güclü və dərin olması üçün səylər göstərilir.
İran-Azərbaycan əlaqələrinin daha güclü və dərin olması üçün səylər göstərilir. Rəsmi Tehran qonşularla münasibətləri inkişaf etdirmək üçün müəyyənləşdirilmiş siyasət və doktrina əsasında hərəkət edir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri İranın vitse-prezidenti, Proqram və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Bağır Nobəxt söyləyib.
Avqustun 17-də Ərdəbilə səfər edən Məhəmməd Bağır Nobəxt jurnalistlərlə müsahibəsində bildirib ki, Azərbaycan İran ilə ən arzuolunan münasibətlərə malik qonşu ölkələrdən biridir. Bu əlaqələrin daha güclü və dərin olması üçün səylər göstərilir ki, iki dost və qonşu ölkə ortaq hədəflərə doğru birgə irəliləsin. İran və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün hər zaman bir-birinin yanında olub. Hazırda da bu münasibətlərin möhkəmləndirilməsi üçün birgə addımlar atılır. Ümid edirik ki, tezliklə bu səylərin bəhrəsini görəcəyik.
“Azərbaycanla qonşu olan Ərdəbil əyalətində sənaye şəhərciyinin yaradılması, dəmir yolu xəttinin birləşdirilməsi, habelə yük terminalının inşası kimi ortaq layihələr davam edir. Onların istismara verilməsinin əlaqələrimizin güclənməsinə kömək edəcəyinə inanırıq. Birgə layihələrin reallaşdırılması İran hökumətinin qonşu ölkələrlə münasibətləri möhkəmləndirməklə bağlı öhdəliyinin bir hissəsidir. Ümid edirik ki, növbəti illərdə bu münasibətlər hər iki ölkənin daha da inkişafına səbəb olacaq”, – deyə o əlavə edib.

Mənbə:Azertac.az
Muxbir:Arzu eliyeva

Həmçinin bax:https://kafkazh.com/arsax-toponiminin-menseyihttps://kafkazh.com/molla-nesreddin-ziyasi/

Translate »