Sentyabr 30, 2022

İran Baş Qərargah rəisi Bakiri: İranın BƏƏ-ə münasibəti kökündən dəyişəcək

İran Baş Qərargah rəisi general-mayor Muhammed Bakiri İsrail və BƏƏ arasında əldə olunan iki tərəfli razılaşmanı dəyərləndirib. “Razılaşma ilə İranın bu qonşu ölkəyə münasibəti mütləq kökündən dəyişəcəkdir. İran Silahlı Qüvvələri də fərqli hesablamalarla bu ölkəyə baxacaq” deyə bildirib.
“Fars Körfəzində bir şey baş verərsə və ya İranın milli təhlükəsizliyi kiçik belə olsa zərər görərsə, Birləşmiş Ərəb Əmirliklərini cavabdeh hesab edəcəyik” deyə xəbərdarlıq edib.
Razılaşmanın bölgənin təhlükəsizliyinə zərər verəcəyini söyləyən Bakiri, Əbu-Dabi rəhbərliyini “qərarından çox gec olmadan geri dönməyə” çağırıb.
İran prezidenti Həsən Ruhani dünənki çıxışında, “Biz onlara (BƏƏ) xəbərdarlıq edirik. Bölgədə İsrail üçün yer yaratmayın. Əks təqdirdə fərqli bir cavab tapacaqsınız.” deyib.
BƏƏ və İsrail arasında normallaşma sazişini ABŞ Prezidenti Donald Trump, 13 Avqust Cümə axşamı günü İsrail və BƏƏ-nin “münasibətlərini tamamilə normallaşdırmaq” mövzusunda razılığa gəldiklərini açıqlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu da Trumpın postundan sitat gətirərək “Bu tarixi bir gündür” deyib.
BƏƏ xəbərlərində İsrail və BƏƏ-nin münasibətlərin qurulması üçün “ortaq yol xəritəsi” müəyyənləşdirmək barədə razılığa gəldikləri və iki ölkənin rəsmilərinin yaxın həftələrdə bir araya gələrək fərqli sahələrdə ikitərəfli müqavilələr imzalayacağı bildirilib.
BƏƏ, 1979-cu ildə Misirdən və 1994-cü ildə İordaniyadan sonra İsrail ilə normallaşma sazişi imzalayan üçüncü ərəb ölkəsi olacaq.

Müxbir:turaz.org xüsusi müxbiri Aysel Mərrəmova

Həmçinin bax:https://kafkazh.com/nicat-ezimli-hekimlere-fexri-ad-verilmelidir/

https://kafkazh.com/biznesde-unsiyyet-bacariqlari/

Translate »