İranın Xuzistan əyalətində əcnəbi dildə yazılar qadağan edilib.
Turaz.org xəbər verir ki, İranın cənub-qərbində ərəblərin çoxluq təşkil etdiyi Xuzistan əyalətində fars dilindən başqa işarələrdən istifadə etmək qadağan edilib.
Məlumata görə, Xuzistanın Mədəniyyət və İrşad direktoru Rza Kulahleç mövzu ilə bağlı məlumat verib.
“Mağazalar və keçidlər xarici dil lövhələrini çıxarıb farscaya çevirməlidir”.
“Bütün kommersiya müəssisələri istifadə edəcəkləri ad üçün fars dilini qorumaq və ictimai yerlərdə əcnəbi söz və terminlərin istifadəsini qadağan edən qanunu tətbiq etmək üçün internetdə fars dilinin qorunması proqramına daxil olmalıdır”, – deyə o bildirib.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib