Oktyabr 5, 2022

İran naziri: Azərbaycan körfəz ölkələrinə çıxış əldə edəcək

Azərbaycan Ərdəbil-Miyana dəmir yolu vasitəsilə körfəzi ölkələrinə çıxış əldə edəcək.
bu sözləri İranın Şəhərsalma və Yollar naziri Məhəmməd İslami deyib. O bildirib ki, bu məqsədlə Ərdəbil vilayətinin administrasiyası xüsusi büdcə ayırıb. Yaxın zamanda Azərbaycan ilə sərhəd regionunda yerləşən Parsabad şəhərindən Ərdəbilə də dəmir yolu xətti çəkiləcək. Parsabad-Ərdəbil-Miyana dəmir yolu Azərbaycanı ilə körfəz ölkələri arasında nəqliyyat əlaqəsi yaradacaq.
Nazir onu da nəzərə çatdırıb ki, tərəflər Rəşt-Astara dəmir yolu xəttinin inşasında əməkdaşlıq edirlər. Onun sözlərinə görə Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi ilə iki qonşu və dost dövlətin dəmir yolları birləşib.

Mənbə:azertac.az

Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://tehsilim.org/sahmat-uzre-onlayn-yoldasliq-gorusu-kecirilib/

https://www.bbc.com/turkce.amp

Translate »