İyul 4, 2022

İran XİN: Ermənistan-Azərbaycan mübahisəsinin həlli üçün bütün imkanlardan istifadəyə hazırıq

İran Ermənistanla Azərbaycan arasında mübahisələrin həlli üçün bütün imkanlarından istifadə etməyə hazırdır.

Turaz.org İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan paytaxt Tehranda Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşündə deyib.

Ölkələrin ərazi bütövlüyü və milli suverenliyinə hörmət edilməli olduğunu deyən Abdullahiyan Qafqazda sülh və əmin-amanlığın bərqərar edilməsinin ən mühüm məsələlərdən biri olduğunu vurğulayıb.

Abdullahiyan iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və İranla Ermənistanın müxtəlif imkanlarından istifadə edilməli olduğunu qeyd edib.

Tərəflər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Müxbir: Əzizə Əlizadə

Translate »