Noyabr 28, 2022

“İrana xaricdən müdaxilə etmək lazımdır” – Maşallah Rəzmi

İranda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. “Geyim qaydalarına əməl etmədiyi”nə görə həbs olunan 22 yaşlı Məhsa Eminin ölümündən sonra başlayan etirazlar günlərdir davam edir. Tehranın bir sıra meydan və küçələrdə kütləvi aksiyalar keçirilir. Polis yürüşün qarşısını almağa çalışsa da bacarmır.

Müasir tarix üzrə tədqiqatçı Maşallah Rəzmi İrandakı mövcud vəziyyəti “Turaz.org“-a şərh edib:

“Burada etirazlar sentyabrın 15-dən başlayıb. Bu günə qədər şiddətlə davam edir. İranda otuz region var. Bunlardan 27-də aksiyalar keçirilir, camaat küçələrə axışır. Onlar Xomeynini hakimiyyətdən getməyə səsləyir və İslam Cümhuriyyətinin davam etməsini istəmirlər. Bu etirazlar 22 yaşlı Məsihi dini polisin öldürməsi ilə başlandı. Hazırkı etirazların başında qadınlar durur. Onlar şəhərlərdə baş örtüklərini yandırıb hökümətin əleyhinə şüarlar səsləndirirlər. Hökümət bacardığı qədər olanların qarşını almağa çalışır. Aksiyalar zamanı 44 nəfərin öldüyünü bildirib. Dünən isə bu say 50-yə çatıb. Daha öncəki günlərdə polis camaata plastik güllələr atırdı. İndi isə hərbi güllərdən istifadə edib milləti vurur. Tehranın yaxınlığında yerləşən Kərəc şəhərində Hədis adınada iyirmi yaşında bir qızın cəsədini tapdılar. Onun bədənində altı hərbi güllə olub. O güllələr ki, cəbhələrdə istifadə olunur”.

Onun sözlərinə görə, indi camaat keçmiş etirazlarda olduğu kimi hökumətdən qaçmır. Əksinə hökumət adamları etirazçıların qabığından qaçırlar.

“Vəziyyət belə olsa da, düşünürəm ki, bu etirazlar İslam Cümhuriyyətini yıxacaq, hazırkı hökuməti dəyişəcək. Çünki burada hər şəhər Təbriz, Urmiya, Ərdəbil və s. özünə görə hərəkət edir. Onlar arasında birlik yoxdur. Bu şəhərlər birgə hərəkət edə bilmirlər. Ona görə bunun bir nəticə verməsi çətin məsələdir. Amma bu hökumətə böyük bir dərs verir ki, indiki siyasətini davam etdirsə, millət ona boyun əyməyəcək. Mövcud hökumət əsaslı bir dəyişikliyə imza atmağa məcburdur. Camaat hicab məsələsində onu susdursa, digər məsələlərdə də dəyişikliklərə zəmin yaranacaq. Hökumətin içində də fikir ayrılıqları var. Əgər 43 il bundan öncə camaat islama inanırdısa, indiki hökumət sayəsində ona da inanmırlar. Bu millət artıq hazırkı hökumətə tab gətirə bilmir. Amma onu yıxmağa da kifayət qədər gücü yoxdur. Hökümət isə milləti əzmək istəyir. İrandakı mövcud durumu nizama salmaq üçün böyük bir qüvvə meydana gəlməlidir”.

M.Rəzmi hazırda Avropa və Amerikanın İslam Cümhuriyyəti ilə razılığa gəlməyə çalışdığını da vurğulayıb.

“Hələ ki bunun bir nəticəsi yoxdur. Amma kənar müdaxilə olmasa, indiki aksiyalarla mövcud hökumət dəyişilməyəcək. Qonşu ölkələr hələ də öz mənafelərinə görə bu istiqamətdə əsaslı bir addım atmayıblar. Çünki İran hökuməti nə qədər geri fikirli olsa, qonşularının hamısının xeyrinə olacaq. İranda yaşayan millətləri isə düşünən yoxdur. Onlar uzun illərdir ki, zillətlə üz-üzədirlər”.

Turaz.org” Təhlil Komandası – Buqələmun

Translate »