Dekabr 9, 2021

İranda bir-birinin ardınca iki zəlzələ baş verib, ölən var

İranın cənubundakı Hörmüzqan əyalətində 6,3 bal gücündə ikinci zəlzələ baş verib.

Turaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində olan yeraltı təkanlar saat 15:37-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Yerli mətbuatda yer alan xəbərə görə, zəlzələ zamanı elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.

Qeyd edək ki, bundan əvvəl yeraltı təkanlar saat 15:36-da qeydə alınıb.

Eyni bölgədə baş verən 6,4 bal gücündə zəlzələdən 1 dəqiqə sonra baş verən zəlzələdən ətraf əyalətlərin də zərər çəkdiyi bildirilib.

Müxbir: Əzizə Əlizadə

Translate »