Fevral 5, 2023

İranda son sutka ərzində virusa yoluxan 115-dən çox insan vəfat edib

 

İran Səhiyyə Nazirliyinin cümə günü verdiyi açıqlamada, İranda koronavirus pandemiyasından ölənlərin sayının 83.588-ə yüksəldiyi, son 24 saat ərzində ölümcül xəstəlik nəticəsində 115 iranlının öldüyü bildirilib.

Turaz.org xəbər verir ki, İran Səhiyyə Nazirliyinin cümə günü verdiyi məlumata görə, son 24 saat ərzində təxminən 115 iranlı koronavirus xəstəliyindən (COVID-19) ölüb və ümumi ölüm sayı 83.588-ə çatıb.

Son 24 saat ərzində 10.820 nəfərinCovid-19-a yoluxduğu, bunlardan 1397-sinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

İran Səhiyyə Nazirliyi, yoluxmuş 3.150.949 xəstədən 2.809.595 xəstənin sağaldıldığını və ya xəstəxanalardan çıxdığını qeyd edir. Reanimasiya şöbələrində təxminən 3.219 nəfərin Covid-19-u ağır şəkildə keçirdiyi məlum olub.

Səhiyyə Nazirliyi, ayrıca 4.415.864 iranlının koronavirus peyvəndinin ilk dozasını, 1.127.886 nəfərin isə ikinci dozasını aldığını açıqlayıb.

Tərcüməçi: Əliquliyeva Şəhla

Translate »