Yanvar 29, 2022

İranın XİN başçısı Azərbaycana gəlib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.

Bu barədə Turaz.org“Report”a istinadən məlumat verir.

Məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.

Müxbir: Əzizə Əlizadə

Translate »