Oktyabr 1, 2022

İrəvanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər ikinci sutkanı ölkə parlamentinin qarşısında quraşdırdıqları çadır düşərgədə keçiriblər.

TurAz.org xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, çadırlarda ümumilikdə 20-30 nəfər var. Polis əməkdaşları çadır düşərgəsi quraşdırılan əraziyə giriş-çıxışı bağlayıb. Gündüz saatlarında istefa tələb edənlər mitinq keçirəcək.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/fransali-ekspert-azerbaycanin-yurutduyu-siyaset-regionun-maraqlarina-xidmet-edir/

Həmçinin bax: tehsilim.org/qehremanlar-unudulmur-adli-resm-sergisi-kecirilib/

Translate »