Dekabr 8, 2021

İrəvanda Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilir

Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilir.

Bu barədə Turaz.org “İravunk.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, ölkənin paytaxtı İrəvandakı Respublika meydanına xeyli sayda insan toplaşıb. Onlar Nikol Paşinyanın istefasını tələb edirlər.

“Hakim elita təşviş içindədir, xüsusən də sosial şəbəkələrdə xalqın hökumətə getməsi və kapitulyantın (Nikol Paşinyan-red) istefasını tələb etməsi çağırışları onu təşvişə salıb. Sonuncular o qədər dəhşətə gəliblər ki, Respublika meydanına çoxlu sayda polis yığmağa başlayıblar. Hazırda çoxlu sayda polis maşını Respublika meydanına doğru hərəkət edir”, – portal bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »