İyun 2, 2023

İş müsahibələrində uğur qazanmağın yolları

Universitetlər, kolleclər, texnikumlar, məktəblər hər il on minlərlə məzun verir, bu məzunların əksəriyyəti iş tapa bilmir. Hər il yüzlərlə iş yerləri açılır və bunların 90%-ə yaxını bir ili tamam olmadan müflisləşir. Bəs bunun səbəbini heç düşünmüsünüz?! Səbəb isə çox az insanın sevdiyi, bildiyi, bacardığı işdə işləməsidir. Çox az insan ömür boyu mükəmməlliyə can atır. Çox az insan şükür etməyi bacarır və səbirlə, təmkinlə hərəkət edir. Nə işlə məşğul olursan ol, sevdiyin işlə məşğul ol və işlədiyin işdə mükəmməlləş. Hər peşə sahibləri içində pul qazanmağı bacaranlar var. Çox  sevdiyim müəllim Selim Sözdemir deyirdi: “Hər zaman insan işi seçmir, iş insanı seçir…”

Araşdırmalar işçilərin iş seçimində bir sıra xüsusiyyətlərə üstünlük verdiyini göstərir. Bu göstəricilər içində iş saatları, iş yerinin yerləşdiyi ərazi və məzuniyyətlər xüsusi yer tutur. Bundan əlavə işçi iş yerindən razı olduqda onun produktivliyi də bir o qədər artıq. Bunu nəzərə alan bir çox dünya səviyyəli şirkətlər öz işçilərinə müxtəlif növ məzuniyyətlər təklif edir.
Hər kəs öz istədiyi işi əldə etmək üçün müxtəlif üsullardan istifadə edir. Əsas etibarilə bu mövzuda hər kəsin ortaq bir yolu mövcuddur. CV göndərməklə şirkətə və ya pozisiyaya müraciət etmək bunlar arasında ən primitividir. Bir şirkət vakansiya verdikdə çoxlu sayda cv nümunəsi ilə qarşılaşır. Amma təbii ki, nəticə etibarilə işi özünü ən yaxşı şəkildə ifadə edən namizəd əldə edir. Amma, buna baxmayaraq işə daha kreativ yanaşan namizədlər də az deyil və demək olar ki, onlar belə halda daha uğurlu və istəkli hesab oluna bilərlər.

Bölgələrdə müəllim çatışmazlığının səbəbləri

Preziqotik izolasiya mexanizmləri

İş müsahibələri bir çoxlarının ən zəif nöqtəsidir. Bəzən bu sualların konkret cavabı olduğunu düşünsək belə əslində qeyri-formal suallar sizin xarakterinizi ortaya çıxarır. “Virgin” şirkətinin yaradıcısı Riçard Brenson isə daha maraqlı sualla namizədləri dəyərləndirir. Sual isə belədir: “Özünüz haqda CV-də nəyi qeyd etməmisiniz?”. Sual sadədir, amma düşündürücüdür. Brenson buna səbəb kimi “insanları işə dəvət edirəmsə, müsahibəyə ehtiyac görmürəm. Əgər müsahibəyə dəvət edirəmsə, deməli onları namizədlərdən biri kimi görürəm deyə bildirib. Buna görə də digərlərindən fərqlənmək şərtdir. Yəni biraz kreativ olmaqda fayda var.

“Young Women’s Christian Association” (YWCA) CEO-su Dara Riçardson-Heron müsahibədə namizədlərə “Özünüzü bir kəlimə ilə ifadə edin” sualını ünvanlayır. Sual sizin şəxsi keyfiyyətlərinizi ortaya çıxarmaq üçün nəzərdə tutulub. “Öz xətaların haqda danış.” Bu sual “Charlotte Russe” mağazalarının CEO-su Cenni Minqə aiddir. Bu suala cavab verən namizədin nə dərəcədə səhvlərdən dərs aldığı və çətin hallarda necə davrandığı analiz olunur. Necə deyərlər ən böyük işlər təcrübələr, ən yaxşı təcrübələr səhvlərdən çıxarılan nəticələr əsasında formalaşır.

“İnsanların səni dəstəkləmədiyi halda öz fikrində inadkarlıq etdiyin bir hadisə haqda danış”. Bu sual “PayPal”-un qurucusu Piter Tielə aiddir. Onun fikrincə bu sual namizədin nə qədər özünə arxayın olduğunu və mövzuya nə dərəcədə fərqli aspektdən yanaşdığını göstərir.

Suallara kreativ yanaşmaq, öz güvəni normal şəkildə nümayiş etdirmək və ən əsası qarşınızdakını sizin ən uyğun namizəd olduğunuza inandırmağınız işə sahib olmağınızın açar nöqtəsidir. Heç vaxt tələb etdiyiniz maaş haqda danışmayın. Belə olduqda həm özünüz haqda yalnış təəssürat yarada, həm də növbəti yox cavabı almaq kimi bir problemlə qarşılaşa bilərsiniz. Bundan əlavə özünüz maaş haqda fikir bildirsəniz şirkətin sizə təklif edə biləcəyi maaşdan daha az miqdar göstərə bilərsiniz. Bu mövzuda bir az daha diqqətli davranmağa çalışın. Bu mövzuda yaxşı olardı ki, vəziyyəti və şirkəti nəzərə alaraq fikrinizi bildirəsiniz. Maaş haqda söhbətləri daha sonraya təxirə salmayın. Maaş mövzusu işin əsas açar hissələrindən biridir və yaxşı olar ki, ilk müsahibədən etibarən bu haqda danışılsın. Yəni  sizdən maaş haqda fikriniz soruşulursa, öz fikrinizi bildirin amma sərt və ya aşırı şəkildə reaksiya verməyin. Maaş haqda fikrinizi səsləndirməzdən əvvəl vəzifə öhdəliklərinizi gözdən keçirin çünki, əgər sizdən maaş aralığını mütləq göstərmək tələb olunursa, özünüzdən cavab yazmaqdansa, cavabı yazıb, əsaslandırmağınız və eyni zamanda iş təcrübənizi də qeydə almağınız məsləhət görülür.

Araşdırmaçı: “Turaz Təhlil” Komandası- Reyhan Hacı

Translate »