İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdıqları minaların növləri açıqlanıb.
Turaz.org-un xəbərinə görə, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, aşkar olunan minalar arasında plastik minalara daha çox rast gəlinir.
“Əksəriyyətini düşmən tərəfinin istehsalı olan piyada əleyhinə minalar – PMN-G, həmçinin PMN-2, PMD-6, PMP minaları, tank əleyhinə minalardan isə əsasən TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minaları üstünlük təşkil edir. Eyni zamanda, düşmənin əhali və orduya qarşı çox saylı tələ – minaları və Əldədüzəlmə Partlayıcı Qurğular (ƏPQ) da quraşdırması diqqətə çatdırılıb”, – o, vurğulayıb.
Qeyd edək ki, 2021-ci il ərzində ümumilikdə 20 771 ha ərazi minalardan təmizlənib, 52 386 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür