Mart 29, 2023

İspaniyada 31 nəfər Meymunçiçəyi virusuna yoluxub

İspaniyada 31 Meymunçiçəyi virusuna yoluxma faktı qeydə alıb, araşdırmalar davam edir.

 

Turaz.org xəbər verir ki, İspaniyada Meymunçiçəyi virusuna yoluxma halları atmağa davam edir, artıq ən azı 31 yoluxma faktı təsdiqlənib və yerdə qalan insanlar müşahidə altındadır.

Dünyanın onlarla ölkəsində yoluxma faktı qeyd edilsə də, İspaniya hal-hazırda Meymunçiçəyi xəstəliyinə yoluxma halının ən çox qeydə alındığı ölkə olaraq qalır. Madrid virusun yayılmasında episentr rolunu oynayır. Bazar günü regionun səhiyyə naziri Enrique Ruiz Eskudero 30 yoluxma faktının təsdiqləndiyini və 40 nəfərin müşahidə altında olduğunu bildirib.

Səhiyyə orqanları virusun birdən-birə yayılması ilə əlaqədar araşdırılmalar davam etdiyindən müvəqqəti fəaliyyətini dayandıran Madrid şəhərinin mərkəzindəki cinsi azlıqlar üçün xüsusi hamamları xəstəliyin mənbəyi kimi aşkar ediblər. Bununla belə, test nəticələri pozitiv olan bir neçə insanın onu daha əvvəl – mayın 5-dən 15-dək Kanar adalarında keçirilən “Maspalomas Pride” festivalı zamanı yoluxma ehtimalı var. “Kanar adalarında əyləncənin keçirildiyi tarixlərə baxsaq, görünür ki, oradan başlayıb Madriddəki hamama yayıldığı aşkardır”, – Escudero bildirib.

Lakin Madrid və Kanar adaları xaricində ən azı altı İspaniya bölgəsində şübhəli hallar müəyyən edilib. Təsdiqlənmiş yoluxma faktlarının hamısı kişilərdə qeydə alınıb, lakin Extramadura bölgəsində bir qadında uyğun simptomların olduğu bildirir.  Onun analiz nəticələri araşdırılmağa davam edir.

İspaniyanın baş epidomoloqu Fernando Simon daha əvvəldən virusun yayılmasının gözlənildiyindən daha yüksək olduğunu bildirib. O , həmcinin, vəziyyətin həddindən artıq narahatlığa səbəb olmayacağını qeyd edib.

“O, tüpürcəklə uzun müddət və çox yaxından məruz qalma və əsasən xəstəlik zamanı əmələ gələn sızanaqlar ilə birbaşa təmas yolu ilə ötürülür” deyə o bildirib.

Belə ki İspaniyadakı yoluxmaların heç biri insan həyatı üçün təhlükə yaratmır.

Tərcüməçi: Nigar Yusubova
Translate »