İsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olduğu ehtimal edilən naməlum təyyarəni vurub.
Turaz.org xəbər verir ki,bu barədə RİA Novosti İsrail ordusuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, Suriyadan İsrail ərazisinə keçən naməlum təyyarədən sonra İsrail Müdafiə Qüvvələrinə məxsus helikopter və qırıcı təyyarələr yerləşdirilib.
İDF aydınlaşdırıb ki, təyyarə açıq ərazidə vurulub və heç bir mərhələdə təhlükə yaratmayıb.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib