İsrail Prezidenti İshak Hersoq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə yola düşüb.
Turaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.
“Prezident Hersoq tarixdə ilk dəfə BƏƏ-nin rəhbəri və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə bu səhər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Prezident Əbu-Dabi və Dubaya gedəcək və Əbu-Dabinin Vəliəhdi, BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, BƏƏ-nin vitse-prezidenti, Baş Naziri və Dubay Əmiri Məhəmməd bin Rəşid Əl Məktum ilə rəsmi görüşlər keçirəcək”, – bəyanatda deyilir.
“Mən özümlə bütün regiona sülh mesajı gətirirəm. Sülh özü ilə region xalqlarının rifahı naminə firavanlıq, tərəqqi gətirir”, – deyə Hersoqun ofisi onun bəyanatını yayıb.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/istanbul-aeroportu-2021-ci-ilde-avropanin-en-islek-hava-limani-secilib
Həmçinin bax: kafkazh.com/ozbek-saire-sehla-ramanovanin-seirleri
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub