İyun 3, 2023

İsraildən Qəzzaya hava hücumu

İsrail hərbi təyyarələri Qəzzaya hava hücumu həyata keçirib. Hücumun, helium qazı ilə şişirilmiş alovlu şarların göndərilməsinə cavab olaraq həyata keçirildiyi bildirilib.  Hücumlarda ölənlərin olub olmadığı barədə heç bir məlumat verilməyib.

 Dünən İsrail qəzetlərində yayılan xəbərlərdə Qəzzadan göndərilən şarların yandırılması səbəbiylə yəhudi yaşayış məntəqələrində 60 yanğın baş verdiyi iddia edilib.

Təl-Əviv rəhbərliyi, Fələstinli nümayişçilərin Qəzza zolağı ətrafındakı yəhudi yaşayış məntəqələrinə helium qazı ilə şişmiş yanan uçurtma və şarları göndərdikləri üçün bölgədə yanğın baş verdiyini iddia edir. Qəzzadan gəldiyi deyilən yanan uçurtma və şarların həllini tapa bilməyən İsrail ordusu, bu uçurtmaların və şarların hazırlandığını iddia etdiyi sərhəd bölgələrində tez-tez hava döngələri təşkil edir.

Aysel Məhərrəmova

Həmçinin bax:https://kafkazh.com/11216-2-qarabag-qazisi-ile-musahibe/https://turaz.org/turaz-qartali-telimleri-ugurla-davam-edir/

Translate »