Dekabr 5, 2021

İstehlak qiymətləri indeksi oktyabr ayında son 29 ildə ən böyük artımla 5.5%-ə yüksəlib

Milli Statistika İnstitutunun bu cümə axşamı irəli sürdüyü İstehlak Qiymətləri İndeksinə əsasən, oktyabrda qiymətlər 1992-ci ildən bəri son 29 ilin ən böyük artım göstəricisi olan 5.5%-ə qədər qalxmışdır və hələ də qalxmaqda davam edir.

Turaz.org  xəbər verir ki, bu məhsul və xidmət qiymətlərinin yüksəlməkdə davam etdiyinin göstəricisidir, belə ki, bu ilin sentyabr ayındakı qiymət artımı keçən ilin sentyabr ayı ilə müqayisədə 4% yüksək idi.

Məlumatları pandemiyanın təsiri səbəbindən qiymətlərin düşdüyü 2020-ci il ilə müqayisə etməkdən yaranan baza effektindən əlavə, İstehlak qiymətləri indeksinin qalxması keçən ilin bu tarixlərində elektrik enerjisi, qismən də benzin və qaz qiymətlərinin azalması ilə izah olunur. Ərzaq və ya enerji məhsullarının qiyməti daha dəyişkən olduğundan onların nəzərə alınmadığı əsas inflyasiyada da qismən az olsa belə, 1.4% artım müşahidə olunmuşdur.

Milli Seçki İnstitutu 1986-cı ilin avqust ayından bəri digər məhsul və xidmətlərlə müqayisədə enerji və ərzaq məhsullarının qiymətinin qeyri-mütənasib artımını əks etdirən iki göstərici arasında nəzərəçarpacaq dərəcədə böyük fərq olmadığını qeyd edir. Aylıq nisbətdə qiymətlər sentyabr ayı ilə müqayisədə 2% yüksəkdir.

Ərzaq məhsullarının və təchizatların qiyməti qalxır

Bu qabaqcıl məlumatlara əsasən, “Covid-19 məhsulu” hesab olunan, qiymət artımının müşahidə olunmadığı hər bir qida, içki, dayanıqlı olmayan məişət əşyaları, əczaçılıq və tibbi məhsullar, ev heyvanları məhsulları və fərdi qulluq vasitələrinin qiyməti oktyabrda əvvəlki ayla müqayisədə 1.3% artıb.

Ən böyük artım mənzil kirayəsi, təchizat (su, işıq, qaz və s.), telefon xidmətləri, sığorta, bank komissiyaları və dəfn xidmətlərinin qiymətlərini hesablayan “Covid-19 xidmətləri” tərəfindən qeydə alınıb. Bu xidmətlərin qiymətləri son 1 ildə 16.2%, son 1 ayda isə 3.6% daha yüksəlib. Sentyabr ayında “COVİD-19 xidmətləri”nin qiymətləri illik nisbətdə 10,5% artıb.

Tərcümə etdi: Nigar Quluzadə 

Həmçinin bax: turaz.org/ceyhun-bayramov-bmt-resmisi-ile-gorusub/

 

 

Translate »