Mart 29, 2023

İstiqrazlara tətbiq edilən orta çəkili faiz kuponu ödənişi illik 15% təşkil edib

KunUz- dan verilən məlumata görə, Spotun Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə, əsasən , yanvarın 25-də Özbəkistan ilk dəfə olaraq valyuta birjasında tədavül müddəti 10 il olan dövlət istiqrazlarını yerləşdirib.

Turaz.org xəbər verir ki, yerləşdirmənin həcmi 10 milyard sum olub. Nazirlikdən verilən açıqlamada bildirilib ki, onlara tətbiq edilən orta çəkili faiz kuponu ödənişi illik 15% təşkil edir.

Həmçinin, 5 il tədavüllə 174,5 milyard manatlıq istiqrazlar buraxılıb. Onlar üzrə gəlirlilik illik 14,5% təşkil edib.

Uzunmüddətli dövlət istiqrazlarının emissiyası prezidentin 2021-ci ilin aprelində buraxılmış fərmanı ilə nəzərdə tutulub. Sənədə əsasən, Özbəkistanda kapital bazarının inkişafının ilkin mərhələlərində o, maliyyə artımının əsas amilinə çevriləcək.

Dövlət borc portfelinin diversifikasiyası, eləcə də valyuta risklərinin azaldılması məqsədilə Maliyyə Nazirliyi istiqrazların buraxılışını artırır. Beləliklə, ölkənin maliyyə bazarına yeni iştirakçıların – qeyri-rezidentlərin, fiziki şəxslərin və digər şəxslərin cəlb edilməsi üçün zəmin yaradılır.

Bundan əlavə, daxili maliyyə bazarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir. Belə ki, yanvarın 18-də prezident bir sıra yeni addımları, o cümlədən istiqrazlar üzrə faizlərin gəlir vergisi və gəlir vergisindən azad edilməsini təsdiqləyib.

Tərcüməçi: Həmidə İskəndərova

Həmçinin bax: https://turaz.org/nazirler-kabinetinin-sedri-aqilbey-ceferov-uzkend-dolama-yolunun-yikintisi-layihesi-ile-tanis-olub/

Translate »