Oktyabr 28, 2021

İsveç ikinci COVID-19 dalğasından yayınmadı – amma nə qədər davam edəcək?


İsveçin paytaxtı Stokholm ətrafında gəzdiyiniz zaman COVID-19 ilə mübarizənin əlamətlərini görmək çətindir.
İş həmişəki kimidi çoxdur . Mağaza, restoran və məktəblər pandemiya ərzində açıq qalıb. Ayrıca , üz maskaları azdır.

Ölkənin strategiyası dünyada çoxlarını maraqlandırdı və hətta çox təəccübləndirdi, ancaq isveçlilərdən soruşun və çoxu sizə karantin rejiminin burada işləməyəcəyini söyləyəcək.

Bir qadın “İqtisadi problemlərimiz olacaqdı” dedi. “İnsanlar burada oturacaqdılar və kirayələrini, borclarını ödəyə bilməyib və həqiqətən depressiyaya düşürlər.”

Başqa bir adam sərt karantin rejimi tətbiq edən, lakin indi mümkün ikinci dalğaları görən Avropa qonşularına işarə etdi.

“Bir çox ölkə gəlir və həqiqətən işləyən bir tam karantin kimi bir şey olmadığını görür” dedi.

Gündəlik həyatda dəyişikliklər
İsveç karantin rejimi tətbiq etməsə də, müəssisələri bağlamasa da, həyat dəyişdi.

Rəhbər orqanlar , 50-dən çox insanın toplaşmasını qadağan edib və şirkətləri evdə işləməyə təşviq edib.

Fiziki məsafələr Hökümətin verdiyi tövsiyələrin əsas hissəsidir.

Nordik qonşularından ən yüksək yoluxma halları
İsveç Səhiyyə Təşkilatı, pandemiyanın başlandığı gündən bəri 90.000-ə yaxın yoluxma və virusdan 5000-dən çox ölümü qeydə alıb.

Ölkənin virusdan ölüm sayı qonşu Danimarka, Norveç və Finlandiya ilə müqayisədə xeyli yüksəkdir.
İsveçin baş epidemioloqu Anders Tegnel strategiyasını müdafiə etdi.

“Bu, qurtaracağımız bir xəstəlik deyil, buna görə də idarəolunan səviyyədə saxlamalıyıq” dedi.

Virusla yaxşı mübarizə apardığını söyləyərək xəstəxanalara və digər xidmət müəssisələrinə işarə edir.

“Bu [hazırkı] yayılma səviyyəsi bir vaksini olana qədər olduqca məqbuldur və ümid edirəm ki vəziyyət dəyişər”

Müxbir: TurAz.org xüsusi müxbiri İmanova Sayalı. Tərcüməçi:Aytəkin Səmədli

Həmçin bax: https://turaz.org/ruminiya-mehkeme-islahatlari-ab-qanununa-zidddir-avropa-mehkemesinin-huquq-meslehetleri-soyleyir/

Həmçin bax: https://turaz.org/airbus-hidrogenle-isleyen-sifir-emissiya-teyyareleri-ucun-konsepsiyalar-teqdim-edir/

Translate »