İsveçin Baş naziri Maqdalena Andersson Ukraynaya əlavə hərbi texnikanın çatdırılmasını istisna etmir.
Turaz.org TASS-a istinadən xəbər verir ki, Baş nazir bu barədə Avropa İttifaqı dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitindən əvvəl jurnalistlərə bildirib.
“Biz Ukraynanı hər cür dəstəkləməyə davam edəcəyik və əlavə hərbi materialların göndəriləcəyini istisna etmirəm”, – Andersson qeyd edib.
İsveç hökuməti bundan əvvəl Ukraynaya 135 min səhra payı, 5 min dəbilqə, 5 min zireh və tank əleyhinə qumbaraatan göndərib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb