Noyabr 29, 2022

İtaliya Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcək

İtaliya Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır.

Turaz.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya hökumətinin nümayəndələrindən biri bildirib.

Onun sözlərinə görə, ölkəsi Ukraynanı Fransa-İtaliya istehsalı olan SAMP/T, orta mənzilli “Aspide” zenit-raket kompleksləri və “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə hazırdır.

Qeyd edək ki, İtaliya ilk dəfə fevralın sonunda Ukraynaya silah çatdırıb ki, bunlar da MLRS universal buraxılış qurğuları, Almaniya istehsalı “PzH 2000” özüyeriyən artilleriya qurğuları və zirehli maşınlardan ibarət olub.

Translate »