Sentyabr 25, 2022

İtaliyan liderdən şok sözlər: “Putin müharibəyə məcbur edilib”

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni Vladimir Putinin Ukraynaya müdaxiləsini müdafiə edərək, Rusiya liderinin münaqişəyə “sövq edildiyini” deyib.

Turaz.org xəbər verir ki, 85 yaşlı Berluskoni rus qoşunlarının hökuməti ruspərəstlərlə əvəz etməli olduğunu, sonra isə oranı tərk edəcəyini söyləyib.

Üç dəfə İtaliyanın Baş naziri olmuş Rusiya prezidentinin uzunmüddətli müttəfiqidir.

Bu həftə sonu onun partiyasının İtaliyada ümumi seçkilərdə sağ koalisiyanın bir hissəsi olaraq hakimiyyəti ələ keçirəcəyi gözlənilir.

Berluskoni İtaliya televiziyasına müsahibəsində: “Ukrayna hökumətinin ölkənin şərqində rusdilliləri qətlə yetirdiyini iddia edən rəvayət Moskva mediası tərəfindən hazırlanıb.”-deyib.

Onun sözlərinə görə, Rusiya hökumətindəki separatçı qüvvələr və millətçi siyasətçilər tərəfindən sövq edilən reportajlar Putinə məhdud bir işğala başlamaqdan başqa seçim qoymayıb.

Qeyd edək ki, müsahibədən sonra Berluskoni İtaliya və Qərb mediyasında qınaq obyektinə çevrilib.

Translate »