Fransa, Qırmızı Briqadalar da daxil olmaqla İtalya terror qrupunun yeddi keçmiş üzvünü saxlayıb.
Turaz.org xəbər verir ki, ancaq hələ də 1970-80-ci illərdə İtaliyada terrorizmə görə məhkum edilmiş üç italyan terrorçusu axtarışdadır.
Fransa sol radikallara mübahisəli bir məsələdə ekstradisiyadan qorunmağı təklif edib.
Qırmızı briqadalar və digər silahlı qruplar İtaliyada Liderlik İli adlanan dövrdə ağır cinayətlər törədib
1960-cı illərin sonundan 1980-ci illərin əvvəllərinə qədər atılan güllələrin bəlkə də sayı-hesabı yox idi.
Qırmızı Briqadalar 1970-ci ildə kapitalist İtaliyanı zorakılıqla süquta uğratmaq məqsədi ilə yaradılıb. 1980-ci illərin ortalarına qədər onların aparıcı üzvlərinin çoxu tutulun və həbs edilib.
Qrup, 1978-ci ildə keçmiş Baş Nazir Aldo Moronun qaçırılması və öldürülməsi də daxil olmaqla çoxsaylı qətldə ittiham olunur.
İtaliya, uzun müddət bir çox solçu ekstremistlərin təhvil verilməsini istəyib. Keçmiş Fransa prezidenti François Mitterrand, 1980-ci illərdə “Mitteran Doktrini” şüarı altında zorakılıqdan imtina etmək və qan tökməkdə günahlandırılmamaq şərti ilə onlara sığınacaq təklif etmişdi.
Prezident Emmanüel Makronun hələ də bu doktrinaya sadiq qaldığını, ancaq həbslərin İtaliya ilə gərginliyin aradan qaldırılması səylərinin bir hissəsi olduğunu bildirib.
Bəyanatda deyilir: “Fransa da terrorizmin qurbanıdır və ədalətin təmin edilməsinin mütləq zəruriliyini başa düşür”.
Bununla birlikdə, beş məhbusun vəkili bu həbsləri “Fransa tərəfindən inanılmaz bir xəyanət” adlandırıb.
İrene Terrel AFP-ə verdiyi müsahibədə deyib: “1980-ci illərdən bəri bu insanlar Fransanın himayəsindədirlər. 30 ildir burada övladları və nəvələri ilə birlikdə hər kəsin gözü qarşısında yeni bir həyata başladılar … ancaq hadisələrdən düz 40 il sonra onları axtarmağa gəlirlər”.
İtaliyadakı səlahiyyətlilər, həbslərdə Qırmızı Briqadalar qrupunun üzvləri və solçu silahlı qrup Lotta Continua-nın həmtəsisçisinin iştirak etdiyini söyləyib.
Fransa Daxili İşlər naziri Cerald Darman France İnter radiosuna bildirib ki, Fransa məhkəməsi artıq onların İtaliyaya ekstradisiya ediləcəyinə qərar verməlidir.
İtaliyanın Xarici İşlər naziri, həbslərin “onların məsuliyyətdən qaça bilməyəcəklərini” sübut etdiyini söyləyib.
Mənbə: bbc.news
Müxbir: Məmmədova Zöhrə
Tərcüməçi:Əliquliyeva Şəhla
Həmçinin bax: turaz.org/ermeniler-57-hektar-mese-sahesini-mehv-edib-resmi/
Həmçinin bax:tehsilim.org/nizami-gencevinin-xemsesinin-xv-esrin-ortalarinda-kocurulmus-elyazmasinin-sureti-elde-edilib/
Son Xəbərlər
İrəvanın 2 yolu var: əgər sülh bağlamasa…
NATO Hitlerin siyasətini aparır – Lavrov
Türkiyədə müxalifət partiyası prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyi namizədin adını açıqlayıb