Oktyabr 28, 2021

İvan Rakitiç milli komandadakı karyerasını başa vurub

İspaniyanın “Sevilya” futbol klubunun yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki karyerasını başa vurub.
Turaz.orghttps://turaz.org/ xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi “Twitter” səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Rakitiç 2007-ci ildən dəvət olunduğu Xorvatiya yığmasının heyətində 106 matça çıxıb və 15 qol vurub. Otuz iki yaşlı yarımmüdafiəçi milli komanda ilə 2018-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

Müxbir: turaz.org xüsusi müxbiri Nazpəri Həsənova

Həmçinin bax:https://turaz.org/beynelxalq-triatlon-surasi-kisi-idmancilarin-yeni-reytinq-cedvelini-aciqlayib/

Həmçinin bax:https://turaz.org/azerbaijanli-mutexessisler-elil-arabasinda-basketbol-uzre-beynelxalq-seminarda-istirak-edibler/

Translate »