İyulda ictimai iaşə dövriyyəsi azalıb
Cari ilin iyul ayında ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 50,2 faiz azalaraq 415,3 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46 faizi hüquqi şəxslərin, 54 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 44,2 faiz azalaraq 189,3 milyon manat olub.
Qeyd edək ki, dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb. Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin ölkəmiz ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma nəticəsində mart, aprel, may, iyun və iyul aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcminin azalması olub.
Mənbə: azertag.az
Müxbir: turaz.org xususi müxbiri Jalə Hüseynova
Həmçinin bax:https://turaz.org/turkiye-azerbaycan-dostlugu-dunyaya-numunedir/
Həmçinin bax:https://kafkazh.com/dovleterarasi-munasibetlere-dair-klassik-enene/
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib