Sentyabr 25, 2022

İyunda idxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

İyun ayında idxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin iyun ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 122,7 faiz, yanvar-iyun aylarında 2019-cu ilin yanvar-iyun aylarına nisbətən isə 124,2 faiz təşkil edib. Cari ilin iyun ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 133,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 79,2 faiz, bu ilin yanvar-iyun aylarında 2019-cu ilin yanvar-iyun aylarına nisbətən isə 72 faiz təşkil edib.

Mənbə: azertag.az
Müxbir: Turaz.org-un xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax: https://turaz.org/azriqaz-ib-de-kecirilen-auditin-yekunu-olaraq-bir-sira-teklifler-verilib/

https://tehsilim.org/21-avqust-2020-ci-ilde-dim-terefinden-novbeti-qebul-imtahanlari-kecirilir/

Translate »