Oktyabr 3, 2022

Joe Biden və Kamala Harris, Trump’ın ABŞ-ı ‘qarışılıqda’ tərk etdiyini söylədi

Çərşənbə axşamı günorta Joe Biden Kamala Harrisi vitse-prezident seçdikdən sonra onlar arasındakı fərqlərdən çox danışıldı. Biden Harrisdən 20 yaş böyükdür. O, Pensilvaniyada fəhlə sinifinə mənsub valideynlərin ağ dərili övladıdır. Harris isə Yamayka və Hindistandan gələn mühacirlərin Kaliforniyalı multikultiral qızıdır. Çərşənbə günü ilk müştərək görünüşlərində ikisi də ortaq xüsusiyyətlərindən danışdılar. Cənab Bayden “Onun hekayəsi Amerikanın hekayəsidir, bir çox cəhətdən mənimkindən fərqlidir, eyni zamanda əsas cəhətlərdə o qədər də fərqlənmir ” deyə bildirdi. Xanım Harris iki namizədin də bir-birlərinə çox oxşadıqlarını dedi. Milli sağlamlıq və birliyə çağırış edən bir kampaniyadan gələcəyini xəyal etdiyiniz bir mesaj növüdür. Əlbətdə ki, bu, hər iki namizədin ümumi seçki əleyhdarlarına qarşı hücumunu dayandırmadı. Bu Ağ Evin əliyalın döyüşə girməsi üçün ilk yaylım atəşidir.

Kamala Harris necə kömək edə bilər və ya zərər verə bilər – Joe Biden

Trump necə cavab verdi?

Ağ Evdəki mətbuat konfransında, cənab Tramp Xanım Harrisin cənab Bidenin yarışdakı rekordunu şiddətlə qınadığı zamanda Demokratik Partiyanın prezidentliyə namizədliyinin uğursuz olmasına xor baxdı. “ Mən onun anket nömrələrinin sıfıra endiyini görəndə necə əsəbləşib, dəliyə döndüyünü gördüm” deyə cənab Tramp dedi.

Menbe:bbc.az

Müxbir : TurAz.org xüsusi müxbiri Arzu Əliyeva
Tərçüməçi : Arzu Ələkbərsoy

Həmçinin bax : https://kafkazh.com/babek-xalq-qehremani-yoxsa-islam-elehdari/

https://turaz.org/elcin-mirzebeyli-oz-gucumuze-mutexessislerimizin-pesekarligina-inamimiz-qarabag-yatagina-qayidisimizi-temin-etdi/

Translate »