Dekabr 8, 2021

Kabildə ikinci partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə gün ərzində ikinci partlayış törədilib. 

Turaz.org xəbər verir ki, məlumatı “Aamaj news” yayıb.

Hadisə şəhərin Dəhbori rayonunda baş verib. Sərnişin mikroavtobusunun partladılması nəticəsində 7 nəfər ölüb.

Qeyd edək ki, birinci partlayış ölkə paytaxtının Dəşte-Barçi rayonunda törədilmişdi.

 

Müxbir: Əzizə Əlizadə

Translate »