Kanada, COVID-19 ilə mübarizə zamanı Hindistan və Pakistandan sərnişin uçuşlarına qoyulan qadağanı 30 günə artıraraq 21 iyuna qədər uzadıb.
Turaz.org xəbər verir ki, Bu barədə nəqliyyat naziri Ömər Alqabra 21 may cümə günü bildirib.
Alqabra, Ottavanın 22 apreldə qadağaları əhaliyə bildirəndən bəri Hindistanda yoluxma sayı çoxaldığından Kanadaya hava yolu ilə gələn sərnişinləri arasında koronavirusa yoluxmada “əsaslı bit azalma” gördüyünü söyləyib. Bu addım yük uçuşlarına təsir etməyəcək.
“Hal-hazırda davam edən bu tədbirlər, Kanadalıların qorunmasına və COVID-19-a yoluxmada artan riski idarə etməyə kömək edəcək”.
Ölkə daxilində peyvəndlənmə artdıqca, gündəlik yeni xəstələrin sayı keçən həftədən 25% azalıb və hazırda ortalama 5000 nəfər civarındadır. Bunu Xalq Sağlamlığı İdarəsinin müavini Howard Nju brifinqdə deyib.
Mərkəzi Manitoba əyaləti virusun üçüncü dalğası ilə çox çətin mübarizə apardı. Manitobada son yeddi gündə Kanadada ən yüksək infeksiya nisbəti qeyd edilib.
Əsas Baş Nazir Brian Pallister, cümə günü Baş nazir Justin Trudeau’dan reanimasiya tibb bacılarını lazimi avadanlıqla təmin etməsini xahiş etdiyini söyləyib. Pallister, Trudeau’nun əlindən gələni edəcəyini söyləyib.
İndiyə qədər Kanada, COVID-19-dan 25,111 ölüm və ümumilikdə 1,3 milyondan çox yoluxmanı qeyd edib.
Kanada, cümə axşamı ilk dəfə 2020-ci ilin martında tətbiq olunan qadağanın 21 iyuna qədər bir ay daha uzadılacağını bildirib.. Hökumət rəsmiləri, xalqın sağlamlığını qorumağın lazım olduğunu əsas gətirərək, sərhədyanı səyahətləri açmağa tələsmədiklərini söyləyiblər.
Tərcüməçi: Əliquliyeva Şəhla
Mənbə: channelnewsasia.com
Həmçinin bax:turaz.org/azerbaycan-xin-ermenistan-xin-e-cavab-verib/
Həmçinin bax: tehsilim.org/arzularimin-gercekliye-cevrildiyi-muqeddes-mekan/
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib