Oktyabr 5, 2022

“Kapital Bank”ın səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək

“Kapital Bank”ın səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək

Avqustun 25-dən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi avqustun 28-də həyata keçiriləcək və emissiya prospektinə əsasən, yerləşdirilmə yeddi iş günü ərzində davam edəcək. Ticarətə buraxılan qiymətli kağızların sayı 1 milyon 614 min 205 ədəd, ilkin ticarət qiyməti 12,39 manat, illik gəlirlilik dərəcəsi 15 faizdir. Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Paşa Kapital İŞ” ASC-dir.

Mənbə: azertag.az
Müxbir:Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/nigeriya-milli-meclis-pib-i-nezerden-kecirmek-ucun-tetilini-qisalda-biler/

həmçinin bax:https://kafkazh.com/cexovu-nece-taniyirsiniz/

Translate »