Cümə axşamı Əliqul Osmanov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasında Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti naziri Kayrat İmanəliyev və Çinin Qırğızıstandakı səfiri Du Deven arasında görüş keçirilib.
Turaz.org xəbər verir ki ,Nazir İmanəliyev Du Deveni qarşılayıb və Kitabxananın direktoru Nurcan İmanqulova ilə birlikdə kitabxanaya qısa bir ekskursiya edib.
Çin mədəniyyəti ilə maraqlanan gənclərin qatıldığı Qırğızıstan-Çin Tədris Mərkəzinə xüsusi diqqət yetirilib.
Çin səfiri öz növbəsində xalqın rifahında mədəniyyətin əhəmiyyətini və mədəniyyət nazirinin xalqları bir araya gətirməsində xüsusi rolunu qeyd edib.
Kayrat İmanəliyev qeyd edibi ki, mövcud çətin vəziyyətdə vətəndaşların mənəvi əxlaqını qorumaq üçün mədəniyyət və incəsənətin sərbəst inkişafı zəruridir.
Beləliklə, Qırğızıstan Mədəniyyət Nazirliyi ilə Çinin Mətbuat və Nəşr Baş İdarəsi arasında Klassik milli ədəbiyyatın əhəmiyyətli əsərlərinin qarşılıqlı tərcümə və nəşrinə dair layihənin həyata keçirilməsinə dair Protokolun imzalanması çərçivəsində iki ölkənin yazıçıları əsərləri qırğız və çin dillərinə tərcümə ediləcək ölkələr dəvət ediləcək.
Bundan əlavə, tərəflər Qırğızıstan Respublikasının müstəqilliyinin 30 illiyi, Çin Kommunist Partiyasının 100 illiyi, həmçinin Qırğızıstan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi kimi yaxınlaşan mühüm tarixləri müzakirə ediblər.
Nazir İmanəliyev və səfir Deven bu tarixlərdə keçiriləcək konkret tədbirlər üzərində birlikdə işləmək barədə razılığa gəliblər.
Tərcüməçi: Şirinzadə Aliyə
Həmçinin bax: turaz.org/eli-esedov-ulubey-marifov-gorus-kecirecek/
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli