Sentyabr 30, 2022

Keçmiş Ağdərinin 5, ümumilikdə isə daha 7 kənd Azərbaycanın nəzarətinə qayıdır

Keçmiş Ağdərə rayonunun daha altı kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq.

Turaz.org xəbər verir ki, bu məlumatı “Qarabağın Vahid İnformasiya Mərkəzi” yayıb.

Məlumata görə, bu kəndlər Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalıdır.

Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.

Bu kəndlərdən 5-i (Mollalar, Papravənd, Boyəhmədli, Əliağalı) Ağdam rayonunun, 2-si isə Tərtərin (Seysulan, Çiləbürt) inzibati ərazisinə daxildir.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib.

Son məlumata görə, Çiləbürt kəndi də Azərbaycanın nəzarətinə qaytarılacaq.

Translate »