Oktyabr 23, 2021

“Keşlə”də əhval-ruhiyyə yüksəkdir

Ölkəmizi  Avrokuboklarda  təmsil edəcək  “Keşlə” də Avroliqanın 1-ci təsnifat mərhələsində öz oyununu keçirəcək. Tam başa çatdırılmayan ölkə çempionatının son mövsümündə 3-cü yeri tutaraq Avroliqaya vəsiqə qazanan “Keşlə”nin hədəfi ilk mərhələni adlamaqdır. Komanda bunun üçün bir oyunluq mübarizədə özünə tanış rəqib olan Albaniyanın “Laçi” klubunu mübarizədən kənarlaşdırmalıdır.

Xatırladaq  ki, 2015-2016  mövsümündə – Bakı  təmsilçisi “İnter” adlandırılan zamanı rəqibini mübarizədən kənarlaşdırıb. Avroliqada 1-ci təsnifat mərhələsinin Albaniyadakı oyununda 1:1 hesablı bərabərliyə nail olan komandalar Bakıda qolsuz heç-heçə etmiş və “İnter” səfər qolu sayəsində mərhələ adlamışdı. “Keşlə”nin düşərgəsində əhval-ruhiyyə yüksəkdir.Ölkə çempionatının ilk turundakı “Sumqayıt”la oyunda zədələnən özbəkistanlı legioner Şahroh Qodoyev bu gün meydana çıxmayacaq.Əvəzində Cavid İmamverdiyevlə Con Kamara meydana çıxacaq.“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov “Laçi”nin güclü komanda olduğunu desə də, futbolçularına güvəndiyini bildirib.   Qeyd edək ki, ASK Arena stadionunda keçiriləcək “Keşlə”-“Laçi” qarşılaşması saat 21-də başlayacaq. Oyunu gürcüstanlı refer Qoqa Kikaçeyşvilinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. 

Mənbə:idmantv.az

Müxbir:TurAz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax : https://turaz.org/skendiyanin-kapitani-reqibimiz-yeterince-gucludur/

https://azertag.az/xeber/Naxchivan_toponiminin_etnotarixi_efsaneler_qeder_qedimdir_kitabi_uch_dilde_chapdan_chixib-1569489

Translate »