Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən özünüməşğulluq proqramına dəstəyin göstərilməsi işləri davam edir.
Bu il artıq 250-dək proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər verilib. Proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.
Ümumilikdə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının cari ildə banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.
Müxbir: turaz.org xüsusi müxbir Zöhrə Məmmədova
Mənbə: sosial.gov.az
Həmçinin bax:https://kafkazh.com/ruhun-rengi-olmur/https://kafkazh.com/molla-nesreddin-ziyasi/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ