May 17, 2022

KİV: “Belarusiya yaxın günlərdə Ukraynaya qarşı müharibəyə qoşula bilər”

NATO hesab edir ki, Belarusiya tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər.

Turaz.org xəbər verir ki, bu barədə Alyansın adı açıqlanmayan nümayəndələri CNN-ə şərhində bildiriblər.

Mənbələrə görə, Belarusiya artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır: “Belarusiyanın münaqişəyə qoşulma ehtimalı artır. Çünki Vladimir Putinin dəstəyə ehtiyacı var”.

Hərbi nümayəndənin sözlərinə görə, Belarusiyanın müharibədə iştirakı ilə bağlı yekun qərar hələ də Moskvada verilməlidir. “Söhbət Lukaşenkonun nə istədiyindən getmir. Söhbət ondan gedir ki, Putin regionda daha bir qeyri-sabit ölkə istəyir?”, – deyə rəsmi bildirib.

NATO kəşfiyyat rəsmisi ayrıca qeyd edib ki, alyansa görə, Belarusiya hökuməti ölkənin Ukraynaya hücumuna haqq qazandırmağa hazırlaşır. Kəşfiyyat rəsmisi Belarusiyanın müharibəyə necə müdaxilə edə biləcəyini açıqlamayıb.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/turkiye-ordusu-sehid-verib
Həmçinin bax: kafkazh.com/azerbaycan-atabeyler-dovletinde-inzibati-idare-sistemi

Translate »