May 17, 2022

KİV: Polşa ABŞ-a Rusiyanı G20-dən çıxarmağı təklif edib

Polşa hakimiyyəti ABŞ-ı Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyanın İyirmilik Qrupundan (G20) çıxarılması məsələsini öyrənməyə dəvət edib.

Turaz.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi Polşanın inkişaf və texnologiya naziri Piotr Novaka istinadən məlumat yayıb.

“Bir sıra görüşlər zamanı, xüsusən də ABŞ-ın ticarət naziri Cina Raimondo ilə Rusiyanın G20-dən çıxarılması təklifi ilə çıxış etdik və bu, müsbət cavab və bəyənmə alıb. Bu məsələ ABŞ prezidenti Co Baydenə təqdim ediləcək”, – Polşalı nazir açıqlamasında bildirib.

Qeyd olunur ki, ABŞ Ticarət Nazirliyi bu məsələ ilə bağlı operativ şərh verməyib.

Müxbir: Əzizə Əlizadə

Translate »