May 17, 2022

Kiyevdə martın 28-dən tədris prosesi bərpa olunur

Martın 28-dən Kiyevdə tədris prosesi distant formatda bərpa olunacaq.

Turaz.org xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

“Martın 28-də Kiyevdə təhsil prosesi distant formatda bərpa olunur. Bazar ertəsindən etibarən paytaxtın ümumi orta, peşə, ali peşə-ixtisas və ali təhsil müəssisələri onlayn formatda tədrisi bərpa edəcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, müharibə dövründə distant təhsilin məqsədi təkcə yeni biliklərin mənimsənilməsi deyil, həm də psixoloji dəstək, ünsiyyətdir. “Bu, uşağa əlavə stress və həyəcan yox, kömək olmalıdır, ona görə də mənfi qiymətləndirmələr və ev tapşırığı olmayacaq. Əsas diqqət yalnız yeni materialın öyrənilməsinə deyil, həm də təkrara yönəldiləcək”, – məlumatda vurğulanır.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/ukrayna-bas-qerargahi-rusiyanin-itkileri-16-600-nefere-catib/

 

Translate »