Dekabr 9, 2021

Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb

Azərbaycanın Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Bu barədə Turaz.org “Report”a istinadən məlumat verir.

Məlumata görə,eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan Zəfər Günün mübarək sözləri” əks olunub.

 

Müxbir: Əzizə Əlizadə

Translate »