Oktyabr 23, 2021

“Könüllülər Kuboku”

“Könüllülər Kuboku”

26 avqust 2020-ci il saat 1000-da Saatlı rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbində Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin dəstəyi, Saatlı rayon Gənclər və İdman İdarəsinin və rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə “Könüllülər Kuboku” yarışının ilk şahmat oyunları keçirildi. Şahmat yarışında I yeri Heydərli Sənan İlham oğlu, II yeri Əvəzov Fəqan Rövşən oğlu, III yeri isə Musazadə İsmayıl Elnur oğlu tutmuşdur. Qaliblər sonda Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin, Saatlı rayon Gənclər və İdman İdarəsinin və rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə imzaladıqları diplomlarla təltif olundular. Təltifləri rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov və rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Abdulla Nurəliyev təqdim etdilər.

Mənbə: mys.gov.az
Xeberci.Hüseynova Jalə

Translate »