Oktyabr 4, 2022

Könüllülərin birinci İdman Oyunları keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan Könüllülərin birinci İdman Oyunları (Volontiada) keçirilib.

AZƏRTAC xəbər verir ki, oyunlarda 16 yaşdan 29 yaşadək 260-a yaxın gənc iştirak edib. Yarış iştirakçıları stend atıcılığı, atletika, mini-futbol, basketbol, şahmat və stolüstü tennis üzrə öz bacarıqlarını sınayıblar.

Yarışa başlamazdan əvvəl bütün iştirakçılar bədən hərarətini ölçən xüsusi cihazla həkim tərəfindən yoxlanılıb. Tədbirin təşkilatçıları və həkim tərəfindən iştirakçılara pandemiya ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyən olunmuş qaydalara əməl olunması barədə ətraflı məlumat verilib. Yarışlar peşəkar hakimlər tərəfindən idarə olunub. Oyunlarda şəffaflığın təmin edilməsi məqsədilə qeydiyyata alınmış komandalar təşkilatçılar tərəfindən təşkil olunmuş püşkatmada iştirak ediblər. Ümumilikdə, 5 idman növü üzrə 20-dən çox komanda mübarizə aparıb.

Oyunlar Stend Atıcılığı Mərkəzində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda və Şağan Olimpiya İdman Kompleksində açıq havada keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd könüllülük fəaliyyəti göstərən gəncləri bədən tərbiyəsi və idmana cəlb etmək, iştirakçılara vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaq və könüllülər arasında idmanın inkişafı və könüllü idmanı üzrə beynəlxalq idman əlaqələri möhkəmləndirməkdir.

Mənbə: azertag.az

Müxbir : TurAz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax : https://www.bbc.com/azeri/azerbaijan-53835705

https://kafkazh.com/quslar-sinifi/

Translate »