Mart 30, 2023

Koreya-Telekom ilə əməkdaşlıq müqaviləsi Bişkekdə imzalanacaq

Qırğızıstan Respublikası Prezident Administrasiyası Koreya-Telekom və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi arasında ticarət xidməti provaydeyri yaratmaq üçün birgə layihəninin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalanma mərasiminə ev sahibliyi edib.

Turaz.org xəbər verir ki, ticarət xidməti provayderinin yaradılmasında məqsəd tacirləri, ödəniş sistemlərini və kommersiya banklarını birləşdirən mühit yaratmaqdır.

Bu layihənin uğurla həyata keçirilməsi Qırğızıstan iqtisadiyyatında şəffaflığın təmin edilməsini sürətləndirəcəyinə, kölgə iqtisadiyyatının kökünün kəsilməsinə, rəqəmsal ödəniş texnologiyalarının inkişafına töhfə verəcəyi və Qırğızıstan Respublikasında nağdsız ödənişlərin və məntəqələrinin artırılmasına gətirib çıxaracağı gözlənilir.

Tərəflər ölkənin iqtsadi inkişaf planı çərçivəsində regionda maliyyə sahəsinin rəqəmsal dəyişimini həyata keçirəcək ticarət xidməti provayderinin yenidən hazırlanması və layihə formasına gətirilməsi barədə razılığa gəliblər

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/qasim-comerd-tokayev-turk-dovletleri-teskilati-bu-gun-oz-strategiyasini-qebul-edecek/

Translate »