Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 26 775 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 702 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 372, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 045, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 326, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İran parlamenti sədrinin birinci müavini Azərbaycana səfərə gəlib
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb