Fevral 4, 2023

“Koronavirus pandemiyası ilə mübarizə ” adlı rəsm müsabiqəsi keçirilib.

Naxçıvan MR Gənclər və İdman Nazirliyindən https://turaz.org/ saytına verilən məlumata görə. 10 sentyabr 2020-ci il tarixdə Bəhruz Kəngərli adına Sərgi Salonunda “Koronavirus pandemiyası ilə mübarizə” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Əvvəlcə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək bildirmişlər ki, müsabiqəyə may ayından start verilmişdir. Müsabiqənin keçirilməsində məqsədin karantin günlərində gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarını təkmilləşdirməsi üçün lazımi şəraitin formalaşdırılması, koronavirus pandemiyası müddətində həkimlər, polislər və digər peşə sahibləri tərəfindən aparılan mübarizənin hər kəsə gənc rəssamların gözü ilə çatdırılması olduğunu bildirmiş və qalibləri təbrik etmişlər. Müsabiqəyə 30 müəllif tərəfindən tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, pandemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə edən rəsm əsərləri təqdim edilmişdir. Sonda münsiflər heyətinin qərarına əsasən qalib adını qazanmış Hacıyev Çinar, müvafiq olaraq II və III yerlərə layiq görülmüş Kərimli Cansu, Mehdiyeva Zeynəb və müsabiqədə iştiraklarına görə digər iştirakçılar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilmişlər. Müsabiqə Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.





Həmiçinin bax: https://kafkazh.com/tarixin-gizli-qehremanlari-mumin-aksoy/
Həmiçinin bax: https://tehsilim.org/ii-ixtisas-qrupuna-aid-ixtisaslari-sececek-abituriyentlerin-nezerine/
Həmiçinin bax:https://turaz.org/qafqaz-maarif-birliyinin-tesiscisi-nagi-seferov/

Translate »